MƏDƏNİYYƏT


Azərbaycan Rəssamlar İttifaqında “Dünəndən bu günə” adlı sərgi

Bakı, 19 may, AZƏRTAC

Mayın 20-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Şəbnur Pənahlının “Dünəndən bu günə” layihəsi əsasında eyniadlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Sərgiyə yaşından asılı olmayaraq 200-dək fırça ustasının sənət əsərləri təqdim olunacaq. 250-dək sənət əsərinin nümayiş olunacağı sərgi 2 gün davam edəcək. Bu əsərlər əsasən təbiət mənzərələri, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzuları əhatə edəcək. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.