İDMAN


Azərbaycan Riqada keçirilən şahmat festivalında təmsil olunur

Bakı, 8 avqust, AZƏRTAC 

Latviyanın paytaxtında “Riqa Texniki Universiteti Open-2018” turniri başlanıb.

AZƏRTAC xəbər verir ki, yeddi turnirdən ikisində vaxta nəzarət klassik qaydada aparılır. İsveçrə sistemi üzrə keçirilən bu turnirlər 9 turdan ibarətdir.

Əsas turnirdə 35 ölkədən 260 şahmatçı, o cümlədən 25 qrossmeyster iştirak edir. Azərbaycanı festivalda FIDE ustası Vüqar Manafov və Rasim Mehdiyev təmsil edir. Üç turdan sonra A turnirində hərəyə 3 xal toplamış 9 şahmatçı liderlik edir. Otuz səkkiz şahmatçı, o cümlədən Vüqar Manafov onlardan yarım xal geri qalır.

Festivalın proqramına klassik şahmatla yanaşı, blits və sürətli şahmat yarışları da daxildir. Qeydiyyatdan keçmiş iştirakçıların sayı 700-dən çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.