İQTİSADİYYAT


Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılara məhsullarının Rusiyada tanıdılmasında hər cür dəstək göstərəcək

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan-Rusiya İşgüzar Şurası Azərbaycan ixracatçılarına öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstərəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov şuranın növbəti iclasında deyib. Tədbirdə qida, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar və şirkət təmsilçisi iştirak edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov bildirib ki, bu iclas cari il sentyabrın 27-də keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu və forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasının davamı olaraq keçirilib. Qeyd edilib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla bu görüşü hər iki ölkə iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunub. Səməd Qurbanov vurğulayıb ki, şura tərəfindən Azərbaycan ixracatçılarına öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək.

Sonda sahibkarların çıxışları dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.