SİYASƏT
Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanat Moldova KİV-lərinin də diqqət mərkəzindədir
Kişineu, 11 noyabr, AZƏRTAC
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağda 45 gündür davam edən döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanat Moldovanın KİV-lərində geniş işıqlandırılıb
AZƏRTAC xəbər verir ki, “Timbul”, “Tribuna”, NOİ.MD, AVA.MD və digər informasiya portallarında dərc edilən məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-da imzaladığı birgə bəyanat, onun iştirakçı ölkələrin xalqları tərəfindən necə qarşılanması əksini tapıb.
Prezident İlham Əliyevin imzalanma mərasimindən sonra xalqa müraciətində səsləndirdiyi fikirlər məqalələrdə yer alıb.
Qeyd edilib ki, Ermənistan dekabrın 1-nə qədər işğal altında saxladığı Ağdam, Laçın və Kəlbəcər rayonlarını Azərbaycana qaytaracaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu