İQTİSADİYYAT


Azərbaycan, Rusiya və İran enerji sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupun ilk iclası keçirilib

Moskva, 13 oktyabr, AZƏRTAC

Moskvada Azərbaycan, Rusiya və İran enerji sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupun ilk iclası keçirilib. İclasa Rusiya energetika nazirinin müavini Anatoli Yanovski sədrlik edib.

RF Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu görüşdə Azərbaycan nümayəndə heyətinə energetika nazirinin müavini Natiq Abbasov, İran nümayəndə heyətinə isə energetika nazirinin müavini Homayun Xayeri rəhbərlik edib.

Danışıqların əsas mövzusu üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırılması layihəsinin ümumi modelinin və əsas aspektlərinin razılaşdırılması məsələsi olub. İclasın yekunlarına əsasən tərəflər bu qənaətə gəliblər ki, əlaqədar tərəflər üç ölkənin birləşdirilmiş enerji şəbəkəsində elektrik enerjisi ticarətinə dair konkret təkliflər hazırlanmasını sürətləndirməli və 2019-cu ildə İrana sınaq rejimində elektrik enerjisi göndərilməsi imkanını nəzərdən keçirməlidirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.