İQTİSADİYYAT


Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 12-də Rusiya enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq saat 8:52-dən 20:51-dək Azərbaycan enerji sistemi Rusiya enerji sisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 meqavat gücündə elektrik enerjisi ilə təmin edib.

“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” çərçivəsində həyata keçirilib.

Bu ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə üzrə hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. Elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovat-saat, Azərbaycandan Rusiyaya ixrac isə 32,4 milyon kilovat-saat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.