İQTİSADİYYAT


Azərbaycan Rusiyanın şokolad məmulatlarını ən çox istehlak edən 5 ölkədən biridir

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Rusiyanın şokolad məmulatlarını ən çox istehlak edən 5 ölkədən biridir.

AZƏRTAC Rusiyanın Qənnadı Məhsulları Bazarının Tədqiqi Mərkəzinin məlumatına istinadla xəbər verir ki, 2018-ci ildə Rusiya 512 min ton şirniyyat ixrac edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 19 faiz çoxdur. İxrac olunan qənnadı məmulatının böyük bir hissəsi - 55 faizi isə şokolad olub.

Çin Rusiyanın şirniyyat məhsulları ixracı marşrutunun ən dinamik inkişaf edən istiqamətidir. 2018-ci ildə bu ölkəyə 36,5 min ton qənnadı məhsulları tədarük olunub. Siyahıda sonrakı yerləri Qazaxıstan, Belarus, Azərbaycan və Qırğızıstan tuturlar.

Mərkəzin məlumatına görə, ötən ilin əsas sürprizləri rus şokoladının əsas 10 alıcısı sırasında yer almış Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olublar. Ümumilikdə isə, bu məhsulların tədarükü coğrafiyası əhəmiyyətli dərəcədə genişlənərək 70 ölkəni əhatə edib. Onların arasında Yaponiya, Vyetnam, Kamboca, Yeni Zelandiya, Avstraliya, Kanada, ABŞ, İordaniya, İran, İraq, Əlcəzair, Mərakeş, Panama və başqaları var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.