İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyası KOBİA və Rumıniya Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq edəcək
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiya (ASK) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Eyni zamanda, ASK ilə Rumıniya Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu ASK-ın prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rumıniya Ticarət və Sənaye Palatasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Vilji Goaga imzalayıblar.
Qeyd edək ki, anlaşma memorandumunun imzalanması noyabrın 2-də Bakıda keçirilən Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafına həsr olunmuş beynəlxalq biznes forum çərçivəsində baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:55]
® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 24.04.2024 [15:31]
Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib
- 24.04.2024 [13:07]