İQTİSADİYYAT


Azərbaycan Sahibkarlar Konfederasiyası Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi üzrə hesabat hazırlayır

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) şirkətlərin Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi məqsədilə hesabat hazırlayır.

ASK-dan AZƏRTAC-a bildirilib ki, seçimdə iştirak noyabrın 14-dək davam edəcək və burada, şirkətlər son 1 il ərzində Azərbaycan ərazisində həyata keçirilmiş korporativ sosial məsuliyyət layihələrlə iştirak edə bilər.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə həyata keçiriləcək qiymətləndirmədə dayanıqlı iqtisadi inkişafa dəstək verən belə layihələrin əhatə dairəsi, layihənin məzmunu, benefisiarları və sair barədə məlumatlar nəzərə alınacaq.

Nəticələr Qlobal Sahibkarlıq Həftəsində elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.