İQTİSADİYYAT


Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Litva Sənayeçilər Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 19 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan-Litva biznes-forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Litva Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

ASK-dən AZƏRTAC-a bildirilib ki, sazişin əsas məqsədi hər iki ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsindən ibarətdir.

İmzalanan sənəd, Azərbaycan və Litva arasında ticarət, investisiya və xidmətlərə dair əməkdaşlığın təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə təsir göstərən maneələrin aradan qaldırılmasına müvafiq dəstəyin göstərilməsi, müxtəlif beynəlxalq iqtisadi təşkilatlarda, üçüncü ölkələrdə həyata keçirilən fəaliyyətlər zamanı tərəflərin bir-birini təşviq etməsi kimi məsələləri özündə ehtiva edir.

Bununla yanaşı, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Litva İşgüzar Əməkdaşlıq Şurasının yaradılması haqqında məsləhətləşmələrin aparılmasına dair razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.