Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan Şahmat Federasiyası “Tarixi görüşün izi ilə” adlı layihəsini təqdim edib

Azərbaycan Şahmat Federasiyası “Tarixi görüşün izi ilə” adlı layihəsini təqdim edib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Tarixi görüşün izi ilə” adlı layihəsini təqdim edib. Ümummilli lider Heydər Əliyev şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb, Azərbaycanın hər yerində şahmat məktəblərinin açılması, yeni istedadların aşkarlanmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Tarixi görüşün izi ilə” layihəsində 1998-ci ildə ümummilli lider Heydər Əliyevin şahmatçılarla görüşünün xatirələri öz əksini tapıb. Tarixi görüşün iştirakçıları Ulu Öndərlə görüş barədə xatirələrini bölüşüblər.

1998-ci ildə 10 yaşı olan üçqat Avropa çempionu Rauf Məmmədov həmin görüşü belə xatırlayır: “Tarixi görüş 1998-ci ilin qış aylarına təsadüf etmişdi. Mənim 10 yaşım var idi, indi 34 yaşım var. Heç vaxt belə aura hiss etməmişdim. Ulu Öndər medalıma diqqətlə baxdı, hansı yarışda qazandığımı soruşdu. 1998-ci ildə balaca uşaqları qəbul etməsi həyatımızda böyük iz buraxdı. Biz milli komanda olaraq 3 dəfə Avropa çempionu olduq, həmin görüşdə iştirak edən Teymur Rəcəbov və Vüqar Həşimov uzun illər dünya reytinqində ilk onluqda qərarlaşdılar. Teymur dünya kubokunu qazandı. Təsəvvür edin, həmin 4 uşaq 20 ildən çox Azərbaycan yığmasında çıxış etdi, böyük qələbələrə nail oldu.

Bu, böyük fəxrdir. Ölkə Prezidenti Heydər Əliyev kimi böyük insan səni qəbul edir. Bu görüş idmançılarda böyük ruh yaratdı. Görüşün səhəri bütün qəzetlər bizim haqqımızda yazmışdı. Məhəllədə “Sən Heydər Əliyevlə görüşmüsən?”, - deyə soruşurdular. Evdə böyük sevinc yaşanmışdı. O görüş olmasaydı, mən bəlkə də üçqat Avropa çempionu olmazdım, 20 ildən çox yığmada çıxış etməzdim”.

Üçqat Avropa çempionu Qədir Hüseynov həmin görüşü hər zaman yada saldığını bildirib: “Ulu Öndərlə görüş uşaqlar üçün böyük mənəvi dəstək idi. Gözəl xatirələrimiz var. O görüş hər zaman yaddaşımızdadır. Bu görüş təkcə bizim deyil, bütün şahmatçıların inkişafında böyük rol oynadı. Məsələn, Şəhriyar Məmmədyarov söyləmişdi ki, həmin görüşdən sonra üzərində daha çox işləməyə başladı. Gün ərzində 7-8 saat işləyirdi ki, gələcəkdə elə görüşlərə dəvət alsın. Ulu Öndər olmasaydı, Harri Kasparov kimi dünya çempionu olmazdı. Onun köməyi olmadan o, şahmatçı kimi inkişaf etməzdi”.

Avropa çempionu Vüqar Həşimov mətbuata müsahibəsində hər zaman ümummilli lider Heydər Əliyevlə görüşü xüsusilə qeyd edib: “Ümummilli lider Heydər Əliyevlə görüşü həmişə xatırlayıram. O vaxt mən uşaq idim. Heydər Əliyevlə görüş böyük əhəmiyyətə malik idi, həmin qəbul gələcək karyerama böyük təsir etdi”.

Üçqat Avropa çempionu, dünya kubokunun qalibi Teymur Rəcəbov tarixi görüş barədə bunları dedi: “Çox yaxşı xatırlayıram. 1998-ci ildə beynəlxalq arenada ilk uğurlarını qazanan şahmatçılar üçün böyük şərəf oldu. Dahi insanla görüşdük. Görüşdən əvvəl həyəcanlı idik. Uşaqlarla qəbulda hansı sözləri deyəcəyimizi məşq edirdik. Çox həyəcanlı idik. Həmin görüşdən ən yaxşı xatirələrim var. Böyük motivasiya oldu. Gələcək uğurlarımız üçün böyük ruh yüksəkliyi əldə etdik. Dövlət başçısı ilə, Heydər Əliyev kimi bir insanla görüşmək böyük şərəfdir”.

Həmin görüşün iştirakçısı Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, “Şöhrət” ordeninə layiq görülən Faiq Həsənov ümummilli lider Heydər Əliyevin şahmatçıların inkişafında böyük rol oynadığını deyib: “Çətin dövrə baxmayaraq Azərbaycanın şahmat gələcəyi olan uşaqlarla görüşməyi yaddan çıxarmadı. Ata kimi nəsihət verdi. Söylədi ki, siz bizim şahmatın gələcəyisiniz. Doğrudan da belə oldu. Şahmatımızın gələcəyi görüşdə iştirak edən Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov oldu. Sonradan onlara Şəhriyar Məmmədyarov qoşuldu. Heydər Əliyev həmin görüşdən sonra onların hazırlığı ilə bağlı mühüm tapşırıqlarını verdi”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan şahmatının inkişafında misilsiz rolu olduğunu qeyd edib: “70-ci illərin əvvəlində Heydər Əliyevin şahmat məktəblərinin inşa olunması ilə bağlı göstərişləri var idi və bu, həyata keçirildi. Bu inkişafın nəticəsi kimi 90-cı illərin əvvəlində istedadlı şahmat nəsli formalaşdı. Həmin şahmat nəslinin parlaq nümayəndələrini 1998-ci ildə ümummilli lider Heydər Əliyev şəxsən qəbul etdi.

Üç dəfə Avropa çempionu Teymurun, Vüqarın silsilə qələbələri, sonradan onlara qoşulan Şəhriyar Məmmədyarovun uğurları, Teymur Rəcəbovun dünya kubokundakı qələbəsi, Şəhriyar Məmmədyarovun rapid üzrə dünya çempionluğu... O görüş nəinki 4 gəncin şahmat taleyini, Azərbaycan şahmatının taleyini uzun illər öncədən müəyyən etdi. Ulu Öndər Teymur Rəcəbov və digər gənclərin gələcək inkişafını fikirləşərək bir çox mühüm qərarlar verib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Göyçayda narkokuryer saxlanılıb, ondan müxtəlif növ narkotik vasitələr götürülüb

Xəzər rayonunda yanğın baş verən binada bir nəfərin meyiti tapılıb

Batumidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə edilir

Ukrayna nəşrində Qarabağ bölgəsində aparılan reinteqrasiya prosesinə Ermənistanın qərəzli mövqeyinə dair məqalə dərc olunub

Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulub

Nigeriyada “Boko Haram”a qarşı keçirilən hava əməliyyatında onlarla terrorçu məhv edilib

Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib

ABŞ senatının nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək

Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar

“Miras” İctimai Birliyinin üzvləri PİCASP layihəsi çərçivəsində Vilnüs şəhərində görüşlərdə iştirak edib

Serbiya Kosovo ilə sərhəddə hərbçilərin sayını azaldıb

Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçiriləcək Olimpiadada idmançıların hicab geyinməsi məsələsinə aydınlıq gətirib

AMADA-nın şöbə müdiri “Antidoping Konvensiyası”nın Monitorinq qrupunun iclasında iştirak edib

İtaliyada 4 bal gücündə zəlzələ olub

Metyu Miller: Etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil

Cənubi Koreyada it əti istehlakı qadağan edilir

“Sabah”ın baş məşqçisi: Qələbəmizi Azərbaycan basketboluna həsr edirik

İngiltərədə partlayış baş verib

Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünün şərtlərini açıqlayıb

NASA-nın nümayəndəsi: “Bakıdakı belə möhtəşəm sərgidə iştirak etməkdən məmnunam

Cənubi afrikalı mütəxəssis: Biz Azərbaycandakı sənaye tərəfdaşlarımızı dəstəkləməkdən qürur duyuruq

Dövlət Vergi Xidməti hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirib

Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb

Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

İsrail rəsmisi: Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib

"Sabah" basketbol klubu Avropa Kubokundakı ilk oyununda qələbə qazanıb

Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür

Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə çox şadıq

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü ildə bugünkü qüdrətli, qalib Azərbaycanın təməli qoyulub

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

İtaliya şirkətinin nümayəndəsi: Konqres bizə Azərbaycanda yeni tərəfdaşlar tapmağa imkan yaradır

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb VİDEO

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

“Azərkosmos” rəsmisi: Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-5 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Milli Məclisin 2023-cü il payız sessiyasının ilk plenar iclası keçirilib

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB VİDEO

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda