CƏMİYYƏT


Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb

Ankara, 18 may, AZƏRTAC

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, mayın 18-də Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Hacettepe Universitetinin fəaliyyəti ilə tanış olub.

Universitetin rektoru Mehmet Cahit Güran səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayaraq xatırladıb ki, 2018-ci ildə rəhbərlik etdiyi tibb ocağı ilə Azərbaycan Tibb Universiteti arasında protokol imzalanıb. Burada səhiyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Həmin gün Azərbaycan nümayəndə heyəti Türkiyə Səhiyyə Nazirliyinin müxtəlif qurumlarının fəaliyyətləri ilə tanış olub. Qardaş ölkənin səhiyyə sistemindəki yeniliklər barədə təqdimatlar verilib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində ən sonda Ankara şəhər Xəstəxanasına gələrək buradakı xidmət sahələri ilə tanış olub.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.