İQTİSADİYYAT


Azərbaycan Sənaye Korporasiyası Dövlət Bayrağı Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirib

Bakı, 9 noyabr, AZƏRTAC

"Azərbaycan Sənaye Korporasiyası” ASC 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, “Bayraq Günü uşaqların gözü ilə” adlanan tədbirdə valideyn himayəsindən məhrum olmuş və dövlətimizin himayəsində olan 60-a yaxın uşaq iştirak edib. Tədbir çərçivəsində keçirilən yaradıcı rəsm saatında uşaqlar dövlət bayrağı mövzusunda əl işlərini təqdim ediblər.

Tədbirin keçirilməsində məqsəd uşaqlarda ölkənin vacib atributlarından sayılan bayrağa olan sevgini aşkarlamaq və onlara bu hissi aşılamaq idi. Belə tədbirlər gələcəyimiz olan uşaqlarda Vətənə, onun dəyərlərinə olan məhəbbəti daha da artırmağa xidmət edir. Bundan əlavə bu, uşaqlarda incəsənətə, rəsmə olan həvəsi aşkarlamaq, onlarda olan istedadı kəşf etmək və gələcəkdə bu istedadın daha da təkmilləşməsinə yardımçı olmaq tədbirin təşkilində əsas qayələrdən idi. Tədbirin sonunda uşaqlara əyləncə proqramı nümayiş olundu və hədiyyələr təqdim edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.