QAN YADDAŞI


Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

ASC-dən AZƏRTAC-a bildirilib ki, korporasiyasının baş direktoru Kamran Nəbizadə Azərbaycan xalqının müasir qəhrəmanlıq tarixinə ən şərəfli, hüznlü gün kimi daxil olmuş Qanlı Yanvar hadisəsi zamanı müstəqilliyini yenidən bərpa etmək əzminin xalqımızı keçmiş sovet hərb maşınına qarşı ayağa qaldırdığını və xalqın həm öz qəhrəmanlarını, həm də keçmiş SSRİ-yə başçılıq edən cinayətkarları tanıdığını deyib. Bildirib ki, həmin gün xalqımızın övladlarının öz azadlığı, Vətənin ərazi bütövlüyü uğrunda həyatını qurban verməyə, şəhidlik zirvəsinə ucalmağa qadir və buna hazır olduğu bir daha sübut edildi.

Bakıdakı Qanlı Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyevin keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsini, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmasını vurğulayan baş direktor bildirib ki, Ulu Öndərin hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə bu cür cəsarətli bəyanatla çıxış etməsi siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlərin atmasına ən bariz sübutdur.

K.Nəbizadə 1993-cü ilin ikinci yarısında Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışının Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdığını və məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini qeyd edib.

Sonda Qanlı Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.