SİYASƏT


Azərbaycan-Serbiya əlaqələri müzakirə olunub

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Serbiya Respublikasının Baş Nazirinin birinci müavini, Xarici İşlər naziri İvitsa Daçiç ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu bildiriblər. Bu xüsusda, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığını ifadə edib.

Nazirlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi sahədə daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunublar. Azərbaycan ilə Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi vurğulanıb və bu istiqamətdə səylərin artırılacağına dair razılıq əldə olunub.

Nazir İ.Daçiç Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib və nazir Elmar Məmmədyarovu öz ölkəsinə səfərə dəvət edib.

Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.