REGİONLAR


Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə Şahdağ zirvəsində posterlər açılıb

Quba, 12 avqust, Elxan Yusifli, AZƏRTAC 

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə yürüş təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəniz səviyyəsindən 4242 metr yüksəklikdə yerləşən zirvəyə yürüş Dövlət Sərhəd Xidmətinin dəstəyi və “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb.

Alpinistlərdən və sərhədçilərdən ibarət 15 nəfərlik qrupun Şahdağa yürüşü avqustun 10-da başlayıb və iki gün davam edib. Ayın 11-də zirvəyə çatan qrup üzvləri orada Azərbaycan bayrağını dalğalandırıb və Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə posterlər açıblar.

Yürüşdə iştirak edən sərhədçilərə fəxri fərman təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.