CƏMİYYƏT
Azərbaycan Seysmoloqlar Assosiasiyası Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə qarşı törədilən təxribatla bağlı ordumuzun düşmənə əks-həmlə zərbələri endirərək, qısa müddətdə 7 kəndimizi və işğal olunmuş ərazilərimizdə strateji mövqeləri tutması bütün Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan seysmoloqları ordumuzun tezliklə Qarabağı və işğal altında olan bütün torpaqlarımızı azad edəcəyinə inanır, hər zaman bir əsgər kimi Ali Baş Komandanın əmrində və ordumuzun yanında olduqlarını bəyan edirlər. Onlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyirlər.
Həmin məqsədlə Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürülüb.