İQTİSADİYYAT


Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçirilib

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Müşahidə Şurasının iclası keçirilib.

ASA-dan AZƏRTAC-a bildiriblər ki, birliyin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyəti barədə Müşahidə Şurasının üzvlərini məlumatlandırıb.

Bildirilib ki, birliyin 2018-ci ilin ilk 5 ayı ərzində 79 fərqli tədbir icra edilib. Bunlar arasında, birliyin ümumi yığıncağının, Müşahidə Şurasının, komitələrinin və müxtəlif işçi qruplarının iclasları, dövlət və kommersiya qurumları, habelə digər sahələri təmsil edən assosiasiyalarla iki və çoxtərəfli görüşlər, müvafiq dövlət orqanları ilə təmaslar və çox sayda təkliflərin göndərilməsi və digər bu kimi tədbirlər yer almaqdadır. Bundan əlavə birliyin gələcək planları üzvlər arasında geniş şəkildə müzakirə edilib. Daha sonra birliyin sədrinin təqdimatı əsasında vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin baş kommersiya direktoru Xəyal Məmmədxanlının namizədliyi Müşahidə Şurası tərəfindən təsdiq edilib. Bununla yanaşı, Maliyyə sərgisi keçirilməsinə dair Müşahidə Şurasının üzvləri arasında müzakirələr aparılıb.

Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası birliyin nəzarət orqanıdır, Nizamnaməsinə əsasən Müşahidə Şurası 9 üzvdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.