İQTİSADİYYAT


Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Üzvlərarası boulinq yarışması” keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə “Üzvlərarası boulinq yarışması” keçirilib.

ASA-dan AZƏRTAC-a bildiriblər ki, yarışmada Birliyə üzv olan sığorta şirkətlərindən “A-Qroup Sığorta”, “Atəşgah Sığorta”, “AtaSığorta”, “AzSığorta”, “Azərbaycan Sənaye Sığorta”, “AXA MBASK Sığorta”, “İpək Yolu Sığorta”, “Qala Sığorta”, “Qala Həyat Sığorta”, “Meqa Sığorta”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətləri, sığorta vasitəçilərindən “As Prof Sığorta Agentliyi” və “Zaman Sığorta və Təkrarsığorta Brokeri”, həmçinin, İcbari Sığorta Bürosunun komandaları iştirak edib.

“Boulinq yarışması”nın açılışında nitq söyləyən birliyin sədri Mustafa Abbasbəyli bildirib ki, yarışmanın keçirilməsində məqsəd sığorta bazarının peşəkar iştirakçılarının asudə vaxtlarını birlikdə keçirməklə onlar arasında səmimi münasibətlərin formalaşdırılması, eyni zamanda, yarışma əsnasında komanda ruhunun gücləndirilməsi və mehriban rəqabət mühitinin yaradılmasından ibarətdir. Daha sonra hər bir komandaya uğurlar arzu edilərək yarışmaya start verilib.

Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, 15 komandadan ən çox xal toplayan beş - komanda: “AXA MBASK Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta” və “Zaman Sığorta və Təkrarsığorta Brokeri”nin komandaları ikinci mərhələyə keçib.

Final qarşılaşmasında yarışın qalibləri müəyyən olunub. Beləliklə, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi tərəfindən təşkil olunan “Üzvlərarası boulinq yarışması”nda “AXA MBASK Sığorta” şirkəti birinci yer, “Meqa Sığorta” şirkəti ikinci yer və “PAŞA Həyat Sığorta” şirkəti isə üçüncü yerə layiq görülüblər. Birinci mərhələ üzrə fərdi qaydada ən çox xal toplayan isə “Zaman Sığorta və Təkrarsığorta Brokeri”nin əməkdaşı Zahid Əliyev olub.

Sonda qaliblər mükafatlandırılıb və onlara yarışın kubokları təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.