SİYASƏT


Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularımız sentyabrın 22-dək Ankarada keçiriləcək “Mətbuat və ictimaiyyətlə əlaqələr” mövzusunda qarşılıqlı təcrübə mübadiləsinə qatılıblar. Silahlı Qüvvələrimizin təmsilçiləri, həmçinin sentyabrın 25-dək Litvanın Klaypeda şəhərində keçiriləcək hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.