MƏDƏNİYYƏT
Azərbaycan Sinqapurda keçirilən beynəlxalq kulinariya sərgisində uğurla təmsil olunub
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan 24-cü qida məhsulları və içkilərın Asiyada ən iri sərgi-konfransında təmsil olunub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq kulinariya sərgisində “yuniorlar” kateqoriyasında “Qızıl Şah” milli çempionatında qalib gələrək "FHA Food&beverage Asia 2022” sərgisinə vəsiqə almış gənclərdən ibarət komanda iştirak edib.
Azərbaycan komandası kulinarların yarışmasında (Culinary Challenge) bir qızıl medal, fərdi yarışlarda (Individual Challenge) iki gümüş və iki bürünc medal qazanaraq komanda hesabında qalib gəlib.
Xatırladaq ki, məşhur kulinar Fərhad Aşurbəylinin rəhbərlik etdiyi komandanın Sinqapura səfəri Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilib.
"FHA Food&beverage Asia 2022” Asiyada aparıcı qonaqpərvərlik, qida məhsulları və içkilər sənayesi sərgilərindən biridir. Bu sərgidə restoran və otellərin işinin geniş spektri işıqlandırılır. Sərgi 2020-ci ildən etibarən iki mərhələdə keçirilir: “HoReCa” və “Food & Beverage”.
“FHA Asia - Food & Beverage” bu sahəyə aid müəssisələrin ən geniş spektri üçün qida sənayesi yeniliklərini təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]