CƏMİYYƏT


Azərbaycan Skautlar Assosiasiyasında təlimlər keçirilib

Bakı, 19 may, AZƏRTAC

Dünya Skaut Bürosunun Avrasiya regionunun Dəstək Mərkəzinin maliyyə dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyasının baş ofisində təşkilatın idarəetməsi üçün təlimlər keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, təlimlər 2014-2017-ci illərdə Dünya Skaut Hərəkatı Təşkilatına rəhbərlik edən və hazırda sözügedən təşkilatın konsultantı Joa Armando Qonzalves və Dünya Skaut Hərəkatının könüllüsü Nərgiz Balakişiyeva tərəfindən aparılıb.

Assosiasiyanın baş ofisində milli komitə, audit Komissiyası və milli müvəkkillər şurasının üzvlərinin iştirakı ilə təşkil olunan ikigünlük təlimlər qeyd edilən 3 strukturun fəaliyyətinin daha da səmərəli inkişafının təmin edilməsi üçün həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.