İDMAN


Azərbaycan-Slovakiya oyunu xanım referiyə həvalə olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 29-da futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcəklər. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.