İQTİSADİYYAT
“Azərbaycan Standartlaşdırma İnstitutu” Beynəlxalq Standartlaşdırma Təşkilatına üzv olub
Bakı, 15 mart, AZƏRTAC
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin milli standartlaşdırma qurumu kimi Beynəlxalq Standartlaşdırma Təşkilatında (İSO) üzvlüyü təmin edilib.
Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Hazırda isə qurumun Avropa Standartlaşdırma Təşkilatında (CEN-CENELEC) “tərəfdaş standartlaşdırma orqanı” statusunda təmsil olunması istiqamətində iş aparılır.
Həmçinin nəzərə çatdırılıb ki, milli standartların 45 faizi beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılıb. İqtisadiyyatın aparıcı sahələri olan qida, neft-qaz məhsulları, informasiya texnologiyaları, kənd təsərrüfatı, tikinti materialları, nəqliyyat və digər sahələr üzrə 13 milli texniki komitə fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]