İDMAN


Azərbaycan Stolüstü Tennis Federasiyası məşqçilər üçün növbəti seminar keçirib

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 26-30-da Azərbaycan Stolüstü Tennis Federasiyası məşqçilər üçün növbəti seminar keçirib.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, beş gün davam edən seminar milli yığma komandanın məşqçiləri tərəfindən aparılıb. Seminar bədən tərbiyəsi təhsili olan mütəxəssisləri və həvəskarları stolüstü tennis üzrə məşqçiliyə hazırlamaq məqsədi daşıyıb.

Seminarın sonunda müdavimlərə - Salyan şəhərindən Elnur Yəhyayeva, Qobustan rayonundan Rəşad Dəmirova, Zaqatala rayonundan Qurban Orucova və Oğuz rayonundan Rəşid Qəribova federasiya tərəfindən həvəskarlarla məşğul olmaq üçün “Səviyyə-1” sertifikatları və stolüstü tennis inventarları təqdim olunub.

Növbəti ildən hər rübdə bir dəfə məşqçi və həvəskarlar üçün həmin seminarın keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.