CƏMİYYƏT


Azərbaycan “Stratcom 22” Sammitində təmsil olunub

Azərbaycan “Stratcom 22” Sammitində təmsil olunub

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan dekabrın 2-3-də Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilmiş Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 22”-də təmsil olunub.

Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, “Qeyri-müəyyənlik şəraitində Stratcom” mövzusunda keçirilən tədbirdə müxtəlif ölkələrdən olan dövlət rəsmiləri, özəl və media sektorun təmsilçiləri, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

“Stratcom 22” çərçivəsində strateji kommunikasiya ekosistemində regional münaqişələrlə üzləşmə, geosiyasi gərginliklərin yaratdığı hibrid təhdidlər, dezinformasiya, humanitar və ətraf mühit böhranları, informasiya müharibəsi mövzuları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.