İDMAN


Azərbaycan Stronqmen Federasiyasının prezidenti beynəlxalq qurumda təmsil olunacaq

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyevə WS Dünya Stronqmen Federasiyasında (WSF) vəzifə verilib.

AZƏRTAC xəbər verir ki, o, Ümumdünya Stronqmen Federasiyasının vitse-prezidenti vəzifəsini icra edəcək. Beynəlxalq federasiyanın qərargahı Latviyada yerləşir. B.Quliyev, həmçinin həmin federasiyanın Stronqfit komitəsinin rəhbəri olacaq.

Qeyd edək ki, Bəxtiyar Quliyev 4 vitse-prezidentdən biri kimi WSF-nin İcraiyyə Komitəsinin üzvlüyündə də təmsil olunacaq.

Xatırladaq ki, WSF-in rəhbəri latviyalı Vladislav Redıkindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.