İQTİSADİYYAT


“Azərbaycan Supermarket” MMC-nin istiqrazları Bakı Fond Birjasında qeyri-listinq siyahısına salınıb

“Azərbaycan Supermarket” MMC-nin istiqrazları Bakı Fond Birjasında qeyri-listinq siyahısına salınıb

Bakı, 12 yanvar, AZƏRTAC

“Azərbaycan Supermarket” MMC Bakı Fond Birjasına (BFB) AZ2002023524 ISIN kodlu, faizli, təminatsız, sənədsiz adlı istiqrazlarının standart bazar seqmentindən qeyri-listinq siyahısına salınması üçün müraciət edib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, müraciət məktubuna cavab olaraq, Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Supermarket” MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınıb. Martın 12-dən “Azərbaycan Supermarket” MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınaraq ticarət ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.