“Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
AzerTAg.az

Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 28-də “Bravo Supermarketlər” şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin növbəti istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 10 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 10,5 faiz, tədavül müddəti 3 ildir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC -dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Qeyd edək ki, oktyabrın 14-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Bravo Supermarketlər” şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Xəbərin mətnində orfoqrafik səhv var