İQTİSADİYYAT


“Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

“Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 29 oktyabr, AZƏRTAC

“Bravo Supermarketlər” şəbəkəsinin də daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildirilib ki, birjada “Bravo Supermarketlər” şəbəkəsinin də daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2001023525 dövlət qeydiyyat nömrəli, 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 1000 AZN (10.5 faiz) və 1,052.4731 AZN (8.5 faiz) olan 40 sifariş təqdim edilib. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1,032.4225 AZN (9.25 faiz), orta ölçülmüş qiyməti 1,039.9676 AZN (8.9658 faiz) müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 10.5 faiz , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27 milyon 031 min manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.