İDMAN


Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun Syerra-Leoneyə səfəri çərçivəsində bu ölkənin, eləcə də Qvineya və Liberiya Paralimpiya komitələrinin rəhbər heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüş iştirakçıları milli Paralimpiya komitələrinin fəaliyyətləri, ölkələrində idmanın inkişafı haqqında məlumat verib, gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr aparıblar.

İ.Rəhimov milli Paralimpiya komitələrinin davamlı inkişafını təmin etmək məqsədilə digər ölkələrin müvafiq təşkilatları, eyni zamanda dövlət və beynəlxalq qurumlar ilə sıx əlaqədə olmalarını tövsiyə edib.

Tədbirdə görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, Liberiya və Qvineyanın da tezliklə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasına (IBSA) üzv olmaları müzakirə olunub.

Sonra Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb. Memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir.

Görüşdə Syerra-Leone Olimpiya Komitəsinin, idman federasiyalarının nümayəndələri, eləcə də tanınmış idmançılar da iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.