SİYASƏT


Azərbaycan-Tacikistan əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub

Düşənbə, 15 fevral, AZƏRTAC

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin sənaye və yeni texnologiyalar naziri Şerali Kabir arasında görüş keçirilib.

AZƏRTAC xəbər ki, görüşdə iki dövlət arasında qarşılıqlı maraq kəsb edən sahələr, o cümlədən yüngül və yeyinti sənayesi, neft-kimya, geologiya, əlvan metalların emalı, hidroenergetika, kənd təsərrüfatı məhsullarının emalı Azərbaycan sərmayəsinin Tacikistan iqtisadiyyatına cəlb edilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı Tacikistanda texnoparkların təşkilində Azərbaycan təcrübəsi, ölkələrimiz arasında e-hökumət sahəsində əməkdaşlıq, Tacikistana məxsus yüklərin Azərbaycan ərazisindən daşınması və s. sahələrə dair fikir mübadiləsi də aparılıb.

Görüşdə, həmçinin nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.