ELM VƏ TƏHSİL
Azərbaycan Tarixi Muzeyinə gələn xarici turistlərin sayı artıb
Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin yeddi ayı ərzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə səkkiz mindən çox xarici turist gəlib. Bu barədə AZƏRTAC-a muzeyin şöbə müdiri Bəxtiyar Sayılov məlumat verib.
Onun sözlərinə görə, muzeyə gələnlər arasında daha çox Rusiya və ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib. Qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Tarix Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]
Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub
- 24.04.2024 [16:38]
Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub
- 24.04.2024 [16:16]