İQTİSADİYYAT


Azərbaycan Tbilisidə hidroenergetika mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunur

Tbilisi, 14 fevral, AZƏRTAC

Tbilisidə "Hidroenergetika: Xəzər dənizi və Mərkəzi Asiya ölkələri - 2018" adlı beynəlxalq konfrans və sərgi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi konfransda Xəzər dənizi və Mərkəzi Asiya ölkələrində hidroenergetikanın inkişaf perspektivləri, bu sahəyə investisiya yatırımının effektivliyi, enerji təhlükəsizliyi, enerji mübadiləsi və bu sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunur.

Konfransda çıxış edənlər hidroenergetika, kiçik və böyük su elektrik stansiyalarının effektivliyi barədə öz ölkələrinin təcrübəsini bölüşürlər.

Konfrans işini fevralın 15-də davam etdirəcək. Tədbirdə “Azərenerji” ASC yanında "Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC-nin Hidrolayihə İdarəsinin baş mühəndisi Cəlaləddin Vəliyev çıxış edəcək, Azərbaycanda bu sahədə görülmüş işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.