İQTİSADİYYAT


Azərbaycan Tbilisidə keçirilən beynəlxalq enerji konfransında təmsil olunub

Tbilisi, 13 fevral, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyinin (IEA) dəstəyi ilə Tbilisidə energetika məsələlərinə həsr olunan (“EU4Enerji”) beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, 4 gün davam edən konfransda Azərbaycanı Energetika Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri təmsil edib.

“EU4Enerji” proqramı çərçivəsində keçirilən konfransda keçmiş SSRİ-nin 11 ölkəsində (Rusiya və Baltik respublikaları iştirak etmir) IEA-nın dəstəyi ilə normativ hüquqi bazanın yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması, transsərhəd ərazilərdə enerji sisteminin fəaliyyəti, enerji siyasəti və sair məsələlər müzakirə olunub. Konfransda, həmçinin enerji auditi, sertifikatlaşma, peşəkar kadr hazırlığı, binaların pasportlaşdırılması barədə təkliflər irəli sürülüb.

Tədbirdə Azərbaycanın enerji sistemi, ölkənin enerji ehtiyatları, bərpaolunan enerji qaynaqları barədə məlumat dinlənilib. Bildirilib ki, müvafiq Strateji Yol Xəritəsində 2020-ci ilədək bərpaolunan mənbələr hesabına enerji gücünün 420 meqavata çatdırılması nəzərdə tutulur. Bunun 350 meqavatı külək, 50 meqavatı günəş və 20 meqavatı bioqaz hesabına təmin olunacaq. Gələcəkdə bu gücün daha da artırılması planlaşdırılır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.