MƏDƏNİYYƏT


Azərbaycan Teatr Xadimləri İttifaqında bir qrup jurnalist fəxri fərmanla təltif edilib

Bakı, 22 iyul, AZƏRTAC

Milli Mətbuat Günü münasibətilə bir sıra jurnalistlərə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ittifaqın sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov çıxış edərək jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Azərbaycan mediasının həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini söyləyən Xalq artisti onların Azərbaycanın böyük Zəfərinin müjdəçisi olduğunu söyləyib. Bildirib ki, hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfəsini verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir.

Sonra mükafatlandırma mərasimi keçirilib. Mükafata layiq görülənlər arasında AZƏRTAC-ın əməkdaşı da var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.