MƏDƏNİYYƏT


Azərbaycan Tehranda beynəlxalq kitab sərgisində təmsil olunub

Tehran, 13 may, AZƏRTAC

Tehranda keçirilən beynəlxalq kitab sərgisində Azərbaycan Respublikası da uğurla təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Tehranın möhtəşəm Mosalla sərgi kompleksində keçirilən sərgidə dünyanın 15 ölkəsindən 1700 iştirakçı təmsil olunur. İştirakçılar arasında iri kitab və nəşriyyat evləri, kitab mağazaları, dövlət qurumları da var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İrandakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də bu sərgidə təmsil olunub.

Azərbaycanın sərgidəki stendində ölkəmizin mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab nümayiş olunur. Həmçinin Qarabağ, Vətən müharibəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında yeni nəşrlər nümayiş etdirilir. Xüsusi tərtib olunan “Şuşa” kitabı və “Nizami Gəncəvi Xəmsə” kitabları ziyarətçilərdə böyük maraq oyadıb.

Sərgidə Azərbaycan guşəsinə rəhbərlik edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, “İrs” nəşriyyatı tərəfindən nəşr edilən kitablar ziyarətçilərin daha çox marağına səbəb olur. Bundan başqa, sərgidə Azərbaycanda fəaliyyət göstərən “Təhsil”, “Aspoliqraf” nəşriyyatlarının çap etdiyi kitablar və digər məhsullar da nümayiş olunur.

Sərgi mayın 21-nə kimi davam edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.