CƏMİYYƏT


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni seçilən idarə heyətinin üzvləri ilə görüş keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin iştirakı ilə “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin (ATGTİ) yeni seçilən idarə heyətinin üzvləri ilə görüş keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüş çərçivəsində Gənclər və İdman Nazirliyinin “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyi ilə əməkdaşlığının daha da genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Görüş zamanı 44 günlük Vətən müharibəsində tələbə-gənclərin sosial media platformalarında fəal iştirakı, eyni zamanda, bundan sonrakı dönəmdə də Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətdə fəaliyyətin davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ATGTİ tərəfindən tələbə-gənclərin hər tərəfli inkişafına yönəlmiş, onları maraqlandıran və günün tələblərinə cavab verən layihələrin həyata keçirilməsi ilə bağlı təklifləri irəli sürülüb.

Sonra tələbə-gənclər təşkilatlarının azad edilən ərazilərin bərpası prosesində, dövlət proqramlarının hazırlanması və icrasında, eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində iştirakı haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.