CƏMİYYƏT
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Bədii Şurasının üzvləri Sumqayıt ictimaiyyəti ilə görüşüblər
Bakı, 25 yanvar, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın üzvləri ictimai fikri öyrənmək məqsədilə regionlarda ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayıblar.
Qurumdan AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə ilk belə görüş Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri ilə təşkil edilib.
Bədii Şuranın üzvləri Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.
Görüşdə televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.