MƏDƏNİYYƏT


Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ölkəmizdə ilk televiziyanın - Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalının fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.

Qeyd olunub ki, Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Sonra proqram bədii hissə ilə davam edib. Konsertdə Azərbaycan Televiziya və Radiosunun Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru, “Fantaziya” skripkaçılar ansamblı, “Təbəssüm” rəqs qrupu çıxış edib. Həmçinin Tofiq Quliyevin “Bizim bağ”, “Rəqs”, Zeqinya Abreunun “Tiko-tiko” kompozisiyaları səsləndirilib, müxtəlif musiqi nömrələri nümayiş olunub.

Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.