Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirib

Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirib

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Tərcümə Mərkəzinin yeni seçilmiş İdarə Heyəti ilə Elmi Şurasının birgə toplantısı keçirilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, toplantını giriş sözü ilə Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud açaraq, qurumun yeni təyin edilmiş İdarə Heyətinin üzvlərini (akademik Nizami Cəfərov, psixologiya elmləri doktoru, professor Səməd Seyidov) və yeni tərkibdə təsdiq olunmuş Elmi Şurasının üzvlərini (filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Rüstəm Rəsulov, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru Paşa Kərimov) salamlayıb.

Toplantıda Mərkəzin 2014-2018-ci illər üzrə fəaliyyəti, “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşri ilə bağlı hesabatlar dinlənilib, 2019-cu ilin tematik planı, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində atılacaq zəruri addımlar müzakirə olunub. Qurumun dörd illik fəaliyyəti, başqa ölkələrdə yaradılan nümayəndəlikləri ilə iş, dövlət qurumlarında həyata keçirilən rəsmi yazışmaların dil və tərcümə keyfiyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, habelə “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşrinə dair hesabat Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Mərkəzin fəaliyyəti ilə daim maraqlandığını, keçirilən yerli və beynəlxalq nəşr layihələrinin təqdirəlayiq olduğunu qeyd edən filologiya elmləri doktoru, professor Vilayət Quliyev deyib: “Təəssüf ki, bu vaxta qədər ölkənin tərcümə sahəsində nizam, bu sahəni tənzimləyəcək vahid sistem yox idi. Sevindirici haldır ki, Tərcümə Mərkəzi bu işləri ardıcıl və sistemli, həmçinin ikitərəfli şəkildə həyata keçirir, dünya ədəbiyyatını Azərbaycanda, Azərbaycan ədəbiyyatını dünyada layiqli və peşəkar səviyyədə təbliğ edir. Bu layihələrin Macarıstanda da müştərək şəkildə davam etdirilməsinə ehtiyac var”.

Tərcümə Mərkəzinin gördüyü işlərin göz önündə olduğunu bildirən filologiya elmləri doktoru, professor Cahangir Məmmədli söyləyib ki, qurum hətta ən çətin, maliyyəsiz dövrlərində belə, tərcümə sahəsində böyük uğurlara imza atıb: “Elmi Şuranın bu ilk toplantısında iştirak edənlərin hər biri, Mərkəzlə əməkdaşlıq edə biləcək qurumların aparıcı nümayəndələridir. Məsələn bizim – BDU-nun jurnalistika fakültəsinin, əcnəbi dilləri yaxşı mənimsəmiş çox maraqlı, istedadlı tələbələri var. Mərkəzlə əlaqələri gücləndirib media sahəsində birgə layihələr həyata keçirmək olar”.

Mərkəzin tərcümə nəşrlərini maraqla izlədiyini deyən filologiya elmləri doktoru, professor Rüstəm Kamal qeyd edib ki, görülən işlər ölkədə bir tərcümə mədəniyyəti yaradıb. Tərcümə işinə nə qədər özfəaliyyət müdaxilələri olsa da, artıq hər kəs bu işləri nəzarətdə saxlayan peşəkar bir qurumun mövcudluğundan xəbərdardır. Artıq belə bir rahatlıq var ki, Mərkəz, burada cəmləşən, sözün əsl mənasında peşəkar dil və tərcümə mütəxəssisləri bu sahədə yaşanan problemləri, gedən prosesləri nəzarətdə saxlayır, tərcümə əsərlərinin keyfiyyətini gözdən keçirir, saf-çürük edir. Bu, Tərcümə Mərkəzinin etibarlılıq əmsalının yüksək olduğunun göstəricisidir. “Milli ədəbiyyatı o ədəbiyyatın ənənələrindən çox, tərcümələr yetişdirir, dünya çapına çıxarır və tanıdır. Mərkəzin bu istiqamətdə fəaliyyəti Azərbaycan ədəbiyyatının yeni formatda üzə çıxmasına səbəb olur. Yetişən nəsil bu nəşrləri oxuyaraq, romanın nə olduğunu, yaxşı tərcümənin nə olduğunu anlayır, dünya oxucusunun, oxu çevrəsindən və maraq səviyyəsindən xəbərdar olur. Bəlkə də yeni nəsrin üslubunu, dilini də sizin tərcümələr yaradır. Arzularımı da dilə gətirmək istərdim. Bilirsiniz ki, Rusiyada tərcümə məktəbi var. Düşünürəm, Tərcümə Mərkəzi də öz məktəbini – Tərcümə Akademiyasını formalaşdırmalıdır. Buraya nəzəriyyəçilər, dilçilər toplaşaraq, öz nəzəriyyələrini, təcrübələrini, mətbəx sirlərini gənc tərcüməçilərə ötürməli, bu məruzələr Mərkəzin “Xəzər” jurnalında nəşr edilib yayımlanmalı, sonradan kitab formatında nəşr olunmalı və tədris edilməlidir”, - deyə Rüstəm Kamal vurğulayıb.

Bu gün Azərbaycanda ən ciddi problemin peşəkarlıq problemi olduğunu bildirən professor Qulu Məhərrəmli deyib: “Dil, mədəniyyət, eynilə digər sahələrdə baş verən hadisələr məhz bunu göstərir. Bu mənada, təqdim etdiyiniz hesabatlar çox parlaqdır. Qısa müddət ərzində bu qədər işlər görmək, kitablar tərcümə etmək, nəşrlər həyata keçirmək böyük işdir. Diqqət çəkən məqamlardan biri budur ki, Mərkəz o müəlliflərin əsərlərinə yer ayırır ki, onlara həmişə maraq olub və bu gün də var, haqqında həmişə danışılır, amma əsərləri oxunmayıb, yaradıcılıqlarından xəbərsiz qalmışıq. Tərcümə özü dil hadisəsidir. Mərkəzin tərcümə etdiyi əsərlər, müəllif seçimi çox unikaldır. Ən çox diqqətimi çəkən isə – birinci sinif üçün dərs vəsaiti oldu. Bizim milli yaddaşımız var və burada maarifçilik işi də mütləq nəzərə alınmalıdır. Mərkəzin dil və tərcümə ilə bağlı apardığı monitorinqləri də yüksək qiymətləndirirəm. Hər bir işlə peşəkar şəkildə məşğul olanda, nəticəsi mütləq parlaq bəhrələr verir”.

Hesabatları yüksək dəyərləndirən filologiya elmləri doktoru Paşa Kərimov Mərkəzin fəaliyyətini, hələ qurumun imkanlarının ən məhdud vaxtlarında izlədiyini söyləyərək deyib: “Belə nəticəyə gəlinir ki, bu qurum, imkan düşən kimi, daha geniş və fundamental fəaliyyətə hazır imiş. Mərkəzin işində diqqəti cəlb edən əsas cəhət – fəaliyyətin çoxşaxəliliyidir. Səfirliklər və beynəlxalq qurumlarla əlaqələr qurmaq, xarici ölkələrdə tədbirlər, görüşlər təşkil etmək kifayət qədər çətin və böyük təşkilatçılıq tələb edən işdir. Burada gecə-gündüz yoxdur, əlaqələr durmadan inkişaf edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır