ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Tağı Tağızadə və müəssisənin digər əməkdaşları ilə görüş keçirib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qurumlararası mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən universitet tələbələrinin müəssisədə təcrübə imkanları, böyük həcmli verilənlər (big data) sahəsində birgə tədqiqatlarla bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.