ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti Belarus Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı, 27 iyun (AZƏRTAC). Belarus Milli Texniki Universitetinin tədris işləri və beynəlxalq əməkdaşlıq üzrə prorektoru, Belarus Milli Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Çıqanovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 27-də Azərbaycan Texniki Universitetində (AzTU) olmuşdur. Səfərin məqsədi hər iki ali təhsil müəssisəsi arasında imzalanmış müqavilənin icrası ilə bağlı görülən işlərlə tanış olmaqdır.

AzTU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə hər iki ölkənin ali təhsil ocağının bir çox sahələrdə sıx əməkdaşlıq etdiyini söyləyən A.Çıqanov təmsil etdiyi universitet haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 18 fakültəsi, 40 min tələbəsi, texnoparkı, aqrar-sənaye kompleksi olan Belarus Milli Texniki Universiteti ölkəsinin nüfuzlu ali təhsil müəssisəsi hesab olunur. Universitetin kafedralarının istehsalatda 71 filialı, kadrların yenidən hazırlanması və ixtisasartırma institutu, “Politexnik” təcrübə zavodu, elmi-texniki əməkdaşlıq mərkəzi vardır.

AzTU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbdə yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, universitetdə aparılan tikinti və yenidənqurma işləri barədə ətraflı məlumat vermişdir. Rektor rəhbərlik etdiyi təhsil ocağının belaruslu həmkarları ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır. Elə bu məqsədlə də hər iki universitet arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır.

Sonra qonaq görüş iştirakçılarının Belarus Milli Texniki Universitetində təhsilin təşkili ilə bağlı suallarını cavablandırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.