ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Madrid Politexnik Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye Mühəndisləri Ali Texniki Məktəbinin Energetika departamentinin əməkdaşı Jorge Servetlə görüşüb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor qonağa universitetdə aparılan islahatlar və bu yaxınlarda Türkiyəyə etdiyi işgüzar səfər barədə məlumat verib. Bildirib ki, AzTU həm Türkiyə, həm Avropa, o cümlədən İspaniya universitetləri ilə əməkdaşlıqda maraqlıdır.
Jorge Servet İspaniya universitetlərinin texniki təhsil sahəsində gördüyü işlərdən danışıb.
Görüşdə tələbə, müəllim mübadiləsi, ikili diplom proqramlarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:44]
AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb
- 25.04.2024 [14:38]
AzTU-da gənc alimlər üçün seminar keçirilib
- 25.04.2024 [14:23]
“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar
- 25.04.2024 [13:45]
“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb
- 25.04.2024 [12:58]
Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb
- 25.04.2024 [12:20]