ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti beynəlxalq layihənin regional koordinatoru oldu
Bakı, 4 avqust, AZƏRTAC
Yunanıstanın Qərbi Attika Universitetinin təşəbbüsü ilə “Səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı” mövzusunda “Erasmus+ KA2” beynəlxalq layihəsinə start verilib.
Azərbaycan, Rusiya və Qazaxıstanın iştirakı ilə reallaşan layihənin regional koordinatoru Azərbaycan Texniki Universitetidir (AzTU).
AzTU –dan AZƏRTAC-a bildirilib ki, layihədə Avropa İttifaqından Afina, Nitsa və Kluj universitetləri, Azərbaycanın İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Milli Onkologiya Mərkəzi, Naxçıvan Dövlət Universiteti, Rusiyanın 8, Qazaxıstanın isə 6 universiteti təmsil olunur.
Layihə 36 ay müddətində davam edəcək.