ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti ilə “Atena” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) və “Atena” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni rektor Vilayət Vəliyev və şirkətin qanuni təmsilçisi Ceyhun Bəxtiyarlı imzalayıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, tərəflər müştərək layihələrin icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, gənc kadrların fərdi inkişafı, motivasiya xarakterli tədbirlərin təşkili, əmək bazarının tələblərinə uyğun müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanmasına kömək məqsədilə əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində AzTU tələbələrinin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb edilməsi təmin olunacaq. Tərəflər arasında birgə elmi-nəzəri və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.