ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti ilə “Caspian Cable” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Caspian Cable” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin icraçı direktoru Elnur Bədəlov imzalayıblar.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, universitetin müxtəlif fakültələrinin, xüsusilə Energetika, elektrotexnika və avtomatika fakültəsinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətdə istehsalat təcrübəsinə cəlb olunması, eyni zamanda, birgə elmi-tədqiqat laboratoriyalarının və layihə-konstruksiya bürolarının yaradılması nəzərdə tutulur.

Seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom və elmi işlər üçün tələb olunan mövzuların birgə tərtibi, fərqləndirilən tələbələrə təqaüd və mükafatların verilməsi də memorandumda əks olunub.

Tərəflər bu sahənin inkişafında kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi, habelə müəssisənin insan resursları sisteminin təhlili və idarə olunmasında innovativ texnologiyaların tətbiqini həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.