ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti ilə Rusiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

Bakı, 19 iyul, AZƏRTAC

Rusiyanın Ulyanovsk şəhərində keçirilən “Gələcəyin Mühəndisləri – 2018” beynəlxalq forumu çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və maşınqayırma texnologiyaları kafedrasının müdiri, professor Nizami Yusubov bir sıra ali təhsil ocaqlarının, istehsalat müəssisələrinin rəhbərləri və siyasi-ictimai şəxslərlə görüşüblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının nümayəndələri Ulyanovsk Dövlət Universitetinin (UDU) maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanış olublar. UDU-nun prezidenti, professor Yuriy Polyanskov və beynəlxalq əlaqələr üzrə prorektoru Tatyana Kirilova ilə keçirilən görüşdə mütərəqqi elmi-texnoloji yeniliklər müzakirə edilib. AzTU-nun nümayəndələri, həmçinin UDU-nun “AviaStar” İstehsalat Mərkəzinin nəzdində fəaliyyət göstərən kafedranın rəqəmsal texnologiyalarla təchiz edilən laboratoriyası ilə tanış olublar.

Görüşlərin və müzakirələrin nəticəsi olaraq AzTU ilə UDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdə tutulub ki, bu da gələcəkdə birgə konfransların təşkili, tələbə-müəllim mübadiləsi, qarşılıqlı təcrübə mübadiləsi ilə yanaşı, ölkələrimizin sənayesinin və iqtisadiyyatının inkişafına töhfə verə biləcək birgə layihələrin icrasına zəmin yaradır.

Forum çərçivəsində Ulyanovsk Dövlət Texniki Universitetinin rektoru Aleksandr Pinkov ilə keçirilən görüşdə isə iki ali təhsil ocağı arasında əməkdaşlığın inkişaf perspektivləri barədə geniş müzakirələr aparılıb və əməkdaşlıq müqaviləsi imzalanıb.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov ilə AzTU-nun nümayəndələri arasında keçirilən görüşdə bu vilayətdə fəaliyyət göstərən təhsil və istehsalat müəssisələri ilə elmi-texniki, eləcə də mədəni-ictimai sahələrdə əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.