ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu AzTU-nun rektoru, professor Vilayət Vəliyev və Yunus Əmrə İnstitutunun sədri, professor Şərəf Atəş imzalayıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş, Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç və hər iki tərəfin məsul şəxsləri iştirak ediblər. Bildirilib ki, iki qardaş ölkə arasında imzalanan bu protokol təhsilin inkişafına xidmət edəcək. Protokolda iki ölkənin təhsil sahəsində mövcud potensialından istifadə edilərək ciddi nəticələr ortaya qoyulacaq.

Protokola əsasən, tərəflər institusional imkanların təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq Türkiyə Respublikası Prezident Administrasiyası tabeliyindəki Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi (TABİP) çərçivəsində təmin olunacaq.

Sənədə əsasən, AzTU Türkiyənin akademik və elmi əməkdaşlıq şəbəkəsi olan TABİP portalının təkmilləşdirilməsinə də töhfə verəcək.

Qeyd edək ki, portal Türkiyə və dünyadakı elmi yeniliklər, yeni texnologiyalar və layihələr barədə məlumatların yayılması, layihə qruplarının yaradılması, dünyanın müxtəlif ölkələrində çalışan elm adamları ilə əlaqələrin qurulması və əməkdaşlıq üçün imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.