Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 17-18-də Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Müasir informasiya cəmiyyətinin yeni çağırışları və imkanları” mövzusunda ikigünlük elmi seminar keçirilib.

MDU-dan AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində uzun fasilədən sonra “Xarıbülbül” musiqi festivalının keçirilməsi münasibətilə hər iki universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunlarını təbrik edib.

17 May tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edildiyini vurğulayan rektor informasiya-kommunikasiya texnologiyalarının (İKT) müasir dövrdə əvəzolunmaz rolundan və Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət tərəfindən həyata keçirilən irimiqyaslı və sistemli tədbirlərdən danışıb. Elmi seminarın proqramına daxil olan mövzuların aktual problemlərə həsr edildiyini bildirən Ş.Bayramov AzTU ilə birgə keçirilən elmi tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Seminar iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev hazırda ölkəmizdə telekommunikasiya və informasiya texnologiyalarının inkişaf etdirilməsinin dövlət siyasətinin başlıca prioritetlərindən birini təşkil etdiyini deyib. İnformasiya cəmiyyətinin qurulması ilə bağlı fikirlərini bölüşən V.Vəliyev bu istiqamətdə rəqəmsal savadlılığın, İKT sahəsində müasir tələblərə cavab verən yüksəkixtisaslı kadr hazırlığının və elmi-tədqiqatların rolundan danışıb.

Hazırkı pandemiya şəraitində informasiya texnologiyalarının təhsil sahəsində tətbiq dairəsinin daha da genişləndiyini, yeni imkanlar və müsbət təcrübələr qazanıldığını bildirən rektor bu kontekstdə postpandemiya dövründə ali təhsilin inkişaf perspektivlərinin araşdırılmasının zəruriliyindən bəhs edib və seminarın işinə uğurlar arzulayıb.

Seminarın ilk günündə MDU-nun İnformasiya texnologiyaları kafedrasının əməkdaşlarından dosent Almaz Əliyeva “İnformasiya cəmiyyətinin hədəfləri və əsas xüsusiyyətləri”, baş müəllim Asudə Abdurrahmanova “İnformasiya cəmiyyətində insan amili”, müəllim Ceyhun Əlizadə “İnformasiya cəmiyyətində informasiya mədəniyyətinin formalaşdırılması”, müəllim Məryəm Əsədova “Beynəlxalq təcrübələrdən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin quruculuğu”, AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının əməkdaşlarından baş müəllim Şəhla Əliyeva “Azərbaycanda hökumət buludu: mövcud vəziyyət və perspektivlər”, müəllim Anar İsmayılov “Müasir bank sistemlərində informasiya texnologiyalarının rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Seminarın ikinci günündə AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının əməkdaşlarından baş müəllim Mübariz Qənbərov “Müasir paylanmış informasiya sistemlərinin qurulması metodologiyası və texnologiyaları”, müəllim Dilarə Quluzadə “BİG DATA və verilənlərin intellektual analizi texnologiyaları”, MDU-nun İnformasiya texnologiyaları kafedrasının əməkdaşlarından müəllim Səadət Aslanova “İnformasiya cəmiyyətinin əsas komponenti – Elektron elm”, müəllim Elçin Tağıyev “Müasir cəmiyyətin virtual reallığı” mövzusunda, müəllim Şəbnəm Nəsirova “Qloballaşdırılmış informasiya cəmiyyətinin problemləri”, müəllim Nərmin Əhmədova “İnformasiya cəmiyyətinin formalaşdırılmasında internetin rolu” mövzusunda məruzələr söyləyiblər.

Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, birgə seminar 2019-cu ildə AzTU ilə MDU arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Akademik potensialın gücləndirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edən qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi hər iki universitetin rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır